Bu həkimlərin maaşı artırılsın - Milli Məclisdə təklif

Bu həkimlərin maaşı artırılsın - Milli Məclisdə təklif
SOSİAL
23:23 14.03.2019
3512
Azərbaycanda vərəmli xəstələrlə işləyən həkimlərin, orta tibb işçilərinin maaşları artırılmalıdır.

Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə (MM) "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrdə deyib.

"Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi azı altı ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır.

Həkimin hansısa maddi marağı olmasa, o zaman bizdə hansısa göstəricilər düzələcək" deyən institut direktoru əlavə edib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır:

"Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım ayrılırdı, amma sonradan bu layihə dayandırıldı".

H.Qədirova daha bir vacib məqama toxunub:

"Hazırda icbari tibbi sığortaya keçilir, amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil".

İnstitut direktoru qeyd edib ki, vərəmli xəstələrin uzun müddət stasionar müəssisədə yatmasına ehtiyac olmasa da, əlillik dərəcəsi almaq üçün onlar yatmalı olurlar:

"Belə bir anlaşılmazlığa görə xəstələr çalışırlar ki, uzun müddət stasionar müəssisələrdə yatsınlar. Halbuki buna heç ehtiyac yoxdur, çünki onlar ev şəraitində müalicələrini davam etdirə bilərlər. Bu məsələnin həll edilməsi yaxşı olardı".
 
/// oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb