AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, satıcılar məhsulları baha aldıqlarını deyərək qiymət artımının qaçılmaz olduğunu bildirirlər.
Bu isə birbaşa satışa təsir edir. Satıcıların fikrincə, məhsulları baha satmaq onların seçimi deyil. Onların sözlərinə görə, məhsulların topdansatış qiyməti, daşınma və digər xərclər artdığı üçün qiymətləri aşağı salmaq mümkün olmur.
Alıcıların isə qiymətlərlə bağlı fikirləri birmənalı deyil.
Bazarda qiymətlərlə bağlı fərqli fikirlər səslənsə də, həm satıcılar, həm də alıcılar yaxın günlərdə müəyyən sabitliyin yaranacağına ümid edirlər.











































