Gəncədə yas mərasimində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Gəncədə yas mərasimində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
SOSİAL
00:06 13.07.2026
193
İyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə AZXEBER.COM-a agentlikdən məlumat verilib.

"İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub.
Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.

Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR