Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA
SOSİAL
15:51 03.10.2026
164
Tennis oynamaq uzunömürlülüyə müsbət təsir edir.

"Clinic Proceedings" jurnalında dərc olunan araşdırmaya görə, tennis oynayan insanlar hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə orta hesabla təxminən 10 il daha çox yaşaya bilərlər.

Bəs tennisin digər idman növlərindən fərqi nədir?

Araşdırmaçılar tennisin futbol, velosiped sürmə, üzgüçülük və qaçışla müqayisədə uzunömürlülüyə daha güclü təsir göstərdiyini bildirirlər.

"British Journal of Sports Medicine"jurnalında yayımlanan başqa bir araşdırmada isə tennis oynayanların ürək xəstəliklərindən ölüm riskinin tennis oynamayanlarla müqayisədə 56 faiz daha aşağı olduğu müəyyənləşdirilib.

Bu göstəricinin üzgüçülük, aerobika, velosiped sürmə və qaçışla müqayisədə daha yüksək olduğu qeyd edilib. Tennis, həmçinin hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskinin 47 faiz azalması ilə əlaqələndirilib.

Tennis zamanı oyunçular kortda qaçır, istiqaməti dəyişir, raketlə zərbə vurmaq üçün bədənlərini döndərir və müxtəlif sürətli hərəkətlər edir. Bu prosesdə ayaq, qarın, çiyin və qol əzələləri aktiv şəkildə işləyir.

Mütəxəssislərin sözlərinə görə, tennis həmçinin balans və koordinasiyanı inkişaf etdirir.
 
 //Bizim.media
OXŞAR XƏBƏRLƏR