Bu il abituriyentlər hansı ixtisasları seçdi? – Ekspert açıqladı

Bu il abituriyentlər hansı ixtisasları seçdi? – Ekspert açıqladı
SOSİAL
14:03 25.08.2026
187
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqələrin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28199 nəfər isə tələbə adını qazana bilməyib.

Bir çox abituriyent öz istədiyi ixtisasa qəbul olsa da, bəzilərinin arzunu çin olmayıb. Qeyd edək ki, son illərdə abituriyentlərin ixtisas seçimlərində diqqətçəkən dəyişikliklər müşahidə olunur. Ənənəvi olaraq hüquq, tibb və informasiya texnologiyaları kimi sahələrə maraq yüksək qalsa da, yeni yaranan ixtisaslara da tələb artmaqdadır. 

Təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında deyib ki, birinci ixtisas qrupunda informasiya yönümlü ixtisaslara və üçüncü ixtisas qrupuna daha çox müraciətlər var idi:

"Birinci ixtisas qrupunda informasiya yönümlü ixtisaslara və üçüncü ixtisas qrupuna daha çox müraciətlər var idi. O cümlədən, birinci ixtisas qrupunda kimya altqrupu və ikinci ixtisas qrupunda müraciətlər arasında yüksək yerlər tutan ixtisaslar var idi.
Həmçinin dördüncü ixtisas qrupunda, əsasən, tibb və stomatologiya ixtisaslarına müraciətlər çox idi. Ona görə də demək olar ki, hər istiqamət üzrə bütün yerlər dolub. Bu da deməyə əsas verir ki, ikinci turda plan yerləri çox az olacaq”.

"Ən az müraciət olunan ixtisaslar arasında beşinci ixtisas qrupunun bəzi musiqi yönümlü sahələri var idi. Yəni bu istiqamətlərdə də boş plan yerlərinin qalması mümkündür”,-deyə ekspert vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR