Bu il Azərbaycanda 20 nəfər avtobus qəzalarının qurbanı olub
Bütün Xəbərlər
11:06 15.05.2013
960
Bu il yanvarın 1-dən mayın 1-dək respublikada avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.Şöbə rəisinin sözlərinə görə, baş verən hadisələr zamanı 20 nəfər ölüb, 56 nəfər xəsarət alıb.