Bu il BDU-dan nə qədər tələbə qovulub?

GƏNCLİK
10:52 24.02.2011
2211
2010/2011-ci tədris ili ərzində Bakı Dövlət Universitetindən (BDU) 180-ə yaxın tələbə xaric olunub. 

Bu barədə BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Tələbələrin xaric edilməsinə əsasən onların universitet daxili nizam-intizam qaydalarının pozmaları, davamiyyət və s. məsələlər səbəb olub.

Sonuncu qış semestri zamanı daxili nizam-intizam qaydalarının pozulduğuna görə 200-dək tələbənin auditoriyadan çıxarıldığını xatırladan P. İbrahimova həmin tələbələrdən 1-nin də BDU-dan xaric olunduğunu deyib. Buna səbəb isə tələbənin qış imtahan sessiyası zamanı yol verdiyi qayda pozuntusunu təkrarlaması olub.

Qış sessiyası zamanı BDU-nun 16 fakültəsi üzrə 11 862 tələbə imtahan verib. Onlardan 505 nəfər bütün fənlərdən "əla", 2882 nəfər "əla" və "yaxşı", 5 596 nəfər isə "müsbət" qiymət alıblar. Qış imtahan sessiyasında 2 mindən çox tələbənin kəsiri olub. Onların arasında bir, iki, hətta üç imtahandan kəsilənlər də var.

 

OXŞAR XƏBƏRLƏR