Bu il dəbdə olan gəlinliklər - FOTOLAR

Bu il dəbdə olan gəlinliklər - FOTOLAR
Bütün Xəbərlər
14:29 10.05.2013
8242
Hər qız toy gününündə mükəmməl görünmək istəyir.Toyun ən önəmli məqamlarından biri, daha doğrusu birincisi gəlinlik seçimidir. Hamının arzuladığı bu geyimlə siz şad gününüzün ən gözəlinə, heyranedicisinə asanlıqla çevrilə bilərsiniz.2013-cu ilin ən iddialı gəlinlik modellərini təqdim edirik.Dünyanın ən aparıcı dizaynerləri yeni kolleksiyalarında gəlinlik modellərinin ən gözəl nümunələrini yaradıblar. İlin dəbinə uyğun olaraq qabarıq paltarlardan nisbətən yan keçilib. Daha çox nisbətən düz kəsimə malik olan paltarlar üstünlük təşkil edəcək.SadəlikBu il 1920-ci illərin modellərini əks etdirən, mübaliğəsiz gəlinliklər ön planda olacaq. Bu paltarlarla siz əsl kino ulduzlarına xatırladacaqsız.
GüpürGözəllik detallarda gizlənir. Güpür istənilən geyimə şarm qatmaq qabiliyyətinə malikdir. Bu parçanın gəlinlikdə istifadəsi isə görünümünüzə bir az da sehr qatacaq. Bu il gəlinliklərdə fransız güpürü bol-bol yer alıb.
Yunan tərziSadəlik və zərafətin ən gözəl sintezi bu modellərdə cəmləşib.
Uzun qol1950-ci illərin dəbi olan uzun qol geri qayıdır. Xüsusilə geyimin qolları tüldən və ya güpürdən ola bilər.
Tək çiyinKlassik bir model olan tək çiyinli paltarların dəbi heç vaxt bitməyəcək. Bu il bu kəsimə gəlinliklərdə də bol-bol rast gələ biləcəyik.
Qısa donGəlinlik deyəndə adətən insanların ağlında uzun, qabarıq ətəkli ağ geyimlər canlanır. Amma dünya modelyerləri kolleksiyalarında bu il həm qısa, həm də önü qısa, arxası uzun gəlinliklərə də yer veriblər.
OXŞAR XƏBƏRLƏR