Bu il dəyişkən iş qrafikinə keçid edilə bilər - VİDEO

Bu il dəyişkən iş qrafikinə keçid edilə bilər - VİDEO
SOSİAL
22:41 11.06.2026
130
"Bu il Bakıda dəyişkən iş qrafiki rejiminin tətbiqinə başlana bilər"​.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafiki ilə təşkili nəzərdə tutulub.

Millət vəkili deyir ki, hazırda bu istiqamətdə müvafiq qurumlar tərəfindən təhlillər aparılır.

Onun fikrincə, iş rejiminin fərqli başlama saatları əsasında təşkili paytaxtda da bir sıra müsbət nəticələr verə bilər.

Millət vəkili onu da qeyd edib ki, dəyişkən iş rejimi artıq bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada tətbiq olunur və bu model konkret səmərəli nəticələr verir.
OXŞAR XƏBƏRLƏR