Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR
SOSİAL
17:01 16.07.2026
168
İyun və iyul ayları Azərbaycanda ali təhsil müəssisələrində məzuniyyət mövsümü kimi yadda qalır.

Dörd il, bəzi ixtisaslarda isə daha uzun davam edən təhsil yolunu başa vuran minlərlə tələbə universitetlərlə vidalaşaraq həyatının yeni mərhələsinə qədəm qoyur. Məzunlar arasında təhsil illəri ərzində yüksək akademik göstəricilər nümayiş etdirərək universiteti fərqlənmə diplomu ilə bitirənlər də var.

Bəs Azərbaycanda hansı universitetlərdə bu il neçə tələbə fərqlənmə diplomu alıb?

AZXEBER.COM məsələni araşdırmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova sorğumuza cavab olaraq bildirib ki, bu il AzTU-da 78 nəfər universiteti fərqlənmə diplomu ilə bitirib.

Xəzər Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli qeyd edib ki, cari ildə universiteti 170 tələbə fərqlənmə diplomu ilə başa vurub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev isə açıqlamasında bildirib ki, ümumilikdə 3038 tələbə məzun adını qazanıb. Onlardan 2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR