Bu il İslamı qəbul edənlərin sayı rekord həddə çatıb
Bütün Xəbərlər
10:21 24.11.2012
1046
Səudiyyə Ərəbistanında rekord sayda miqrant İslam dinini qəbul edib. Bu barədə məlumat verən S. Ərəbistanı İslama Dəvət Mərkəzinin sədri Şeyx Cümə ər-Rimayhi bu ölkəyə Avropa, Amerika, Asiya və Afrikadan gələn müxtəlif dinlərə mənsub 50 nəfəri qadın olan 1213 nəfərin müsəlman olduğunu bildirib. Müsəlman olanlardan 1005 nəfərin filippinli olduğunu deyən ər-Rimayhi 2012-ci ildə bu ölkədə İslamın qəbul edilməsinin rekord həddə çatdığını qeyd edib.