Bu il qış sərt keçəcək: Güclü şaxta və qar gözlənilir

Bu il qış sərt keçəcək: Güclü şaxta və qar gözlənilir
DÜNYA
16:16 02.11.2026
326
2026-2027-ci ilin qışının son 70 ilin ən güclü atmosfer dəyişikliklərindən biri ilə müşayiət oluna biləcəyi bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, proqnozlara görə, "Super El Nino” və qütb burulğanında baş verə biləcək dəyişikliklər Avropanın cənub-şərqində, o cümlədən Türkiyədə hava şəraitinə ciddi təsir göstərə bilər.

Təhlillərə əsasən, Sakit okeanda dəniz suyunun temperaturunun yüksəlməsi nəticəsində güclənən El Niño hadisəsinin dekabrın sonunda pik həddə çatacağı gözlənilir.

Atmosferdəki dəyişikliklərin soyuq hava dalğalarını gücləndirəcəyi, yağışlı sistemlərin isə bölgədə daha tez-tez təsir göstərəcəyi ehtimal olunur.

Noyabrın ikinci yarısından etibarən Şərqi Avropadan soyuq hava axınlarının gələcəyi, dekabrda isə qış şəraitinin daha da güclənəcəyi proqnozlaşdırılır.

Təhlillərdə Cənubi və Cənub-Şərqi Avropada qış boyunca soyuq hava dalğalarının və yağıntıların tez-tez müşahidə oluna biləcəyi qeyd edilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR