Yeni ilin əsas personajlarından olan “Şaxta baba”lar uşaqlara sevinc bəxş etməkdə davam edir. “Şaxta baba” və “Qar qız”lara əsasən insanların gur olduğu ərazilərdə, Fəvvarələr meydanı və Dənizkənarı Milli parkda təsadüf olunur. “Şaxta baba”lar uşaqları əyləndirməklə yanaşı az-çox qazanc da əldə edirlər. Yaşına görə rekord sayda, artıq 7-ci Yeni ilini “Şaxta baba” libasında qarşılayan Rüfətin 21 yaşı var. Həmkarından daha təcrübəli olduğunu qeyd edən həmsöhbətimiz bu il qazanclarının az olduğunu deyir. Rüfət qazandığı pullardan özünə Yeni il hədiyyəsi almaq fikrindədir. “Bu peşəni davam etdirmək istəyirsənmi?” sualına isə Rüfət “yəqin ki, yox” cavabını verdi.Rüfətdən fərqli olaraq digər “Şaxta baba” - 21 yaşlı Pərvizin sözlərinə inansaq, o nəinki 130, heç bir manat da qazanmayıb. Çünki bu işi tam təmənnasız gördüyünü deyir. Pərviz bunun üçün paytaxta Cəlilabaddan təşrif buyurub. Həmsöhbətimiz balacaları sevindirməkdən zövq aldığını bildirdi.Pərviz balacaların sevincindən gəlir əldə etməsə də, onun hörmətindən yolkanın yanındakı fotoqraflar geninə-boluna yararlanırdı. “Şaxta baba” və “Qar qız”la çəkilmiş 1 şəkili 1 manatdan sataraq.