Bu il yol polisi piyadalardan 2 milyon manat cərimə yığıb

Bu il yol polisi piyadalardan 2 milyon manat cərimə yığıb
Bütün Xəbərlər
18:12 28.11.2013
1180

Respublikada olan avtomobillərin 62% -i paytaxtın payına düşür.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi idarəsi (BŞDYPİ)ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədovunverdiyi məlumata görə, bu gün BŞDYPİ, Jurnalistika və İnkişaf Mərkəzi və “Digesta” Hüquq Firmasının təşkilatçılığı ilə Bakı Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbə kollektivi ilə görüşü keçirilib.

BŞDYP-nin bölmə rəisi V.Əsədov bildirib ki, bu il yanvarın 1-dən bu günədək Bakı şəhəri ərazisində 122 mindən çox piyadaya inzibati protokol yazılsa da, hələ də piyadaların keçidlərdən istifadəsi sahəsində problem var.

Onun sözlərinə görə, ötən il bu rəqəm 70 min olub.

Qeyd edək ki, Azərbaycanda yolun təyin olunmayan yerlərdən keçilməsinə görə tətbiq olunan cərimə 20 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR