Bu ildən Qafqaz Universitetinə qəbul dayandırılacaq

Bu ildən Qafqaz Universitetinə qəbul dayandırılacaq
Bütün Xəbərlər
11:49 14.04.2014
2704

Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməyib.

Amma Qafqaz Universitetinin prorektoru Natiq Paşa yayılan məlumatın əksinə olaraq bu il universitetə qəbul aparılacağını qeyd edib: “Bütün sənədləri, qəbul planlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermişik və Komissiya onları təsdiqləyib. Qafqaz Universitetinin qəbul siyahısından çıxarılması xəbəri inandırıcı deyil. Qəbul mütləq aparılacaq. Hətta builki planımız keçən ilkindən təxminən 128 nəfər artıqdır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR