TQDK-nın Magistr şöbəsinin müdiri Natiq Əliyev mətbuat konfransında magistratura imtahanı ilə bağlı açıqlama verib. AZXEBER.COM portalının məlumatına görə, o Ali təhsil müəssisələrinin magistr səviyyəsinə qəbulüçün keçiriləcəkimtahanlarının tarixini açıqlayıb: “Bu gündən etibarən TQDK-nın “Magistr jurnalı”nın 2-ci sayı satışa çıxarılmışdır. Bakalavrlar bu jurnalda 1-ci mərhələyə sənəd qəbulu, imtahanın nə zaman keçiriləcəyi, 1-ci mərhələdə minimum nə qədər bal tələb olunduğu, test nümunələri və bir sıra dəyişikliklərlə tanış olacaqlar. İmtahan suallarının cavablandırılmasına 1-ci mərhələdə 2 saat 30 dəqiqə, 2-ci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt veriləcək.
Əsas məsələlərdən biri də 1- ci mərhələdə minimum nə qədər baln tələb olunmasıdır.
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Təhsil ixtisasları qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Texniki və Texnoloji ixtisaslar qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Səhiyyə , rifah və xidmət ixtisasları qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Humanitar və sosial ixtisaslar qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Təbiət ixtisasları qrupu - məntiqdən minimum 15 bal, informatikadan 5 bal, xarici dildən isə 5 bal yığmalıdırlar.
Mədəniyyət və incəsənət ixtisasları qrupu - Məntiqdən minimum 10 bal yığmalıdırlar.
Kənd təsərrüfatı ixtisasları qrupu - Məntiqdən minimum 10 bal yığmalıdırlar.
Bədən tərbiyəsi və idman ixtisası qrupu - Məntiqdən minimum 10 bal yığmalıdırlar.
1-ci mərhələ üzrə minimal bal isə 50 bal olaraq qalır. Yalnız 1-ci mərhələdə minimum 50 bal yığan şəxslər 2-ci mərhələyə buraxılacaqlar. Qəbul imtahanları Bakı, Naxçıvan , Gəncə, Lənkəran şəhərlərində keçiriləcək.
İmtahanın 1-ci mərhələsində iştirak etmək üçün ərizəsi təsdiq olunmuş bakalavrlar 2012-ci il fevralın 23-dən 25-dək olan müddətdə öz ərizələrinə daxil olaraq 1-ci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsini” çap etməlidirlər. İmtahan günü bu vərəqəni və şəxsiyyət vəsiqəsini də özləri ilə gətirməlidirlər.
Həmçinin, bu il bir çox yeniliklər olacaq. Belə ki, kağız ödəmə kartından istifadə olunmayacaq. Bunun əvəzinə bakalavrlar internet vasitəsi ilə bunu əldə edə bilər və yaxud da TQDKnın rəsmi saytındakı SMS xidmətindən istifadə edə bilərlər .Mobil telefon vasitəsi ilə kodlarını əldə edəcək, bunun müqabilində isə balanslarından 2 manat çıxılacaqdır.
İyun ayının sonlarına doğru isə Magistratura imtahanlarının 2-ci mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Gülnarə BAYRAMOVA