ABŞ Prezidenti Donald Tramp hazırda İranla danışıqların davam etdiyini bildirib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, o bunu Ağ Evdə məsləhətləşmələrin gedişatı ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu, təəccüblüdür. Bu dəfə onlar bunu inkar etmirlər. Amma nədənsə, danışıqlar apararkən danışıqlar apardıqları barədə danışmaq onların xoşuna gəlmir", - Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ və İran avqustun 4-dək Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə edir. Tramp bir daha vurğulayıb ki, Vaşinqton Tehranın gəmilərin Hörmüzdən keçidi üçün rüsum almasına imkan verməyəcək.
O həmçinin qeyd edib ki, tərəflərin hazırkı danışıqları Tehran üçün "son şans"dır. Amerika lideri vurğulayıb ki, danışıqlar İranın xahişi, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ölkələrin dəstəyi ilə aparılır.











































