AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə sürücülərdən biri digər yol hərəkəti iştirakçıları üçün xəbərdarlıq videosu çəkib.
Vətəndaş çəkdiyi videoda Zığ-Hava limanı istiqamətində yeni radarın quraşdırıldığını və bu cihazın avtomobilləri arxadan çəkdiyini iddia edirb.
Bəs bu qurğular hansı məqsədlə quraşdırılıb? Həqiqətən sürət həddini ölçürmü?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil.
Həmçinin sürücülərdəə yol hərəkəti qaydalarına ciddi əməl etmələri və sürət həddinə diqqət yetirmələri tövsiyə edilib.











































