3 yaşlı Hüseynə kömək lazımdır.
Hüseyn Talassemiya xəstəliyinin qurbanıdır. Əvvəllər ona ayda 1 dəfə, daha sonra 21 gündən bir, son 4 ayda isə 12-14 gündən bir qan köçürülür. Körpənin əməliyyatı Almaniyada mümkündür. Bu bahalı əməliyyatı etdirmək üçün Hüseynin ailəsinin maliyyə yardımına ehtiyacı var.
Belə ki, əməliyyat üçün 260 000 (avro) vəsait tələb olunur. Dostlar, qohumlar, tanışların sayəsində vəsaitin demək olar yarısı toplanıb. Hazırda əməliyyata ödəniləcək məbləğ üçün 80 000 avro lazımdır.
Hüseynin ailəsi donorluğu yoxlamaq üçün bu il martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən “Medical Park” xəstəxanasına gediblər. Lakin ailədə heç kim Hüseynə uyğun donor ola bilməyib. Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Bu çox böyük və ağır sınaqdı. Hüseynin ailəsi övladlarının tam sağala bilməsi üçün onlara maddi yardım etməyinizi xahiş edir.
Əlaqə nömrəsi: +994 50 440 23 22


