Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
SOSİAL
20:43 05.05.2026
266
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR