Bu küçələr 6 günlük bağlanır

Bu küçələr 6 günlük bağlanır
Bütün Xəbərlər
16:33 13.03.2015
903
Sürücülərə alternativ yoldan istifadə etmələri tövsiyə olunur.
Bakıda daha üç yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR