‘Bu layihəni alqışlamaq lazımdır’ - Şahlar Əsgərov

‘Bu layihəni alqışlamaq lazımdır’ -  Şahlar Əsgərov
Bütün Xəbərlər
15:06 03.12.2013
1217

Milli Məclisin (MM) bu gün keçirilən iclasda “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Şahlar Əsgərovbu layihəni dəstəklədiyini söyləyib:

“Bu layihəni alqışlamaq lazımdır. Bu gün Azərbaycanda valideyn himayəsindən məhrum olmuş minlərlə uşaqlar var və onların təhsil haqqının ödənilməsi həmin uşaqların təhsilinə stimul verəcək. Çünki valideyn himayəsindən məhrum olmuş gənclər arasında istedadlı və yüksək biliklərə malik olan uşaqlar var. Mən düşünürəm ki, təhsil siyasətində inkişaf var və bu inkişafı alqışlamaq lazımdır”.

Qeyd edək ki, dəyişiklikdə "Təhsil haqqında" qanunun "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilir. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR