Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq

Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
DÜNYA
21:48 15.10.2026
185
Meksika hökuməti xarici turistlərə 175 peso (təxminən 9 dollar) məbləğində vergi tətbiq edib.

Bu barədə ölkənin turizm naziri Jozefina Rodriges Zamora bildirib.

Nazir qeyd edib ki, prezidentin göstərişi ilə qeyri-rezidentlər üçün bu ödəniş ilkin məbləğin 50%-i olmaqla 175 peso təşkil edəcək.

Onun sözlərinə görə, rüsumdan əldə edilən gəlir nəzarət-buraxılış məntəqələrinin modernləşdirilməsinə sərf olunacaq.

"Miqrasiya prosedurları bütün giriş məntəqələrində, xüsusən də hava limanlarında daha da avtomatlaşdırılacaq. Bütün avadanlıqları yeniləyəcəyik, çünki onların çoxu artıq çox köhnədir", - deyə nazir qeyd edib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR