Bu ölkədə “iPhone” bahalaşır

Bu ölkədə “iPhone” bahalaşır
İQTİSADİYYAT
14:02 19.07.2026
371
"Apple” Yaponiyada "iPhone” modellərinin qiymətlərini artırıb. Şirkətin bu qərarına səbəb kimi ölkə valyutası olan yenin son illərin ən aşağı səviyyələrinə yaxınlaşması göstərilir.

AZXEBER.COM xəbər verir ki, Yaponiyada rəsmi "Apple” mağazasında "iPhone 17”nin 256 GB yaddaşa malik baza modeli əvvəlki qiymətlə müqayisədə təxminən 10 faiz bahalaşıb.

Modelin yeni qiyməti 142 800 yen (təxminən 879 dollar) müəyyən edilib. Daha əvvəl bu modelin qiymətinin 129 800 yen olduğu bildirilirdi.
Şirkət qiymət artımının digər bəzi məhsullara da tətbiq edildiyini açıqlayıb.

"Deutsche Bank”ın araşdırmasına görə, "iPhone” modellərinin ABŞ-dən daha ucuz satıldığı ölkələr arasında Yaponiya və Cənubi Koreya yer alır.

Bildirilir ki, valyuta məzənnələrindəki dəyişikliklər, idxal xərcləri və vergi siyasəti müxtəlif ölkələrdə "Apple” məhsullarının qiymətlərinə birbaşa təsir edir.
OXŞAR XƏBƏRLƏR