Bu ölkədə tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar

Bu ölkədə tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
DÜNYA
01:56 09.11.2026
83
Almaniyada yeni yaradılan "Gen Z regelt! Studis” ("Z nəsli qərar verir! Tələbələr”) hərəkatı noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşularaq ölkənin ali təhsil müəssisələrində kütləvi tətil keçirməyi planlaşdırır.

DPA agentliyinin məlumatına görə, təşəbbüs qrupunun nümayəndəsi bildirib ki, aksiyanın əsas məqsədi universitetlərdə tədris prosesinin mümkün qədər tam dayandırılmasına nail olmaqdır.

Hərəkatın təsis toplantısında Almaniyanın 35 universitet və institutunu təmsil edən 90-dan çox nümayəndə iştirak edib.

Təşkilatçıların sözlərinə görə, tətilin keçirilməsi ilə bağlı yekun qərar noyabrın 20-dən əvvəl bir sıra ali təhsil müəssisələrində təşkil olunacaq ümumi tələbə yığıncaqlarında səsvermə yolu ilə qəbul ediləcək.

"Biz kiçik və lokal aksiyalar deyil, yüzlərlə tələbənin həmrəylik nümayiş etdirərək dərslərin dayandırılmasına səs verəcəyi genişmiqyaslı etirazlar keçirmək istəyirik”, – təşəbbüs qrupundan bildirilib.

Etirazçıların əsas tələbləri arasında təhsil sahəsinə dövlət maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılması, akademik heyətlə qısamüddətli əmək müqavilələrinin bağlanmasının qanunla qadağan edilməsi, var-dövlət vergisinin tətbiqi və universitetlərdə hərbi tədqiqatların tam dayandırılması yer alır.

Hərəkat, həmçinin Almaniya Kansleri, Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertsin istefasını tələb edir.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR