Peyvənd olunanlara 3000 Serbiya dinarı (50 manat)” kampaniyası izdiham yaradıb.
Serbiyanın paytaxtı Belqradda bir alış-veriş mərkəzinin təşkil etdiyi "Vaksin olan ilk 100 nəfərə 50 manat endirim çeki” kampaniyası izdiham yaradıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı "Usce adlı” alış-veriş mərkəzi koronavirus vaksinasiyasında iştirak edən ilk 100 nəfərə 50 manatlıq endirim çeki veriləcəyini bildirib.
Alış-veriş mərkəzinin bu ideyasının ardından mağazanın önündə izdiham yaşanıb.
Həm koronavirus peyvəndi olmaq üçün, həm də endirim kuponu əldə etmək istəyənlər bir-birləri ilə yarışıb.
Nərmin Məmmədli