Bu ölkədə peyvənd olunanlara 50 manat verilir - FOTO

MARAQLI
16:32 06.05.2021
634

Peyvənd olunanlara 3000 Serbiya dinarı (50 manat)” kampaniyası izdiham yaradıb. 

Serbiyanın paytaxtı Belqradda bir alış-veriş mərkəzinin təşkil etdiyi "Vaksin olan ilk 100 nəfərə 50 manat endirim çeki” kampaniyası izdiham yaradıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı "Usce adlı” alış-veriş mərkəzi koronavirus vaksinasiyasında iştirak edən ilk 100 nəfərə 50 manatlıq endirim çeki veriləcəyini bildirib.

Alış-veriş mərkəzinin bu ideyasının ardından mağazanın önündə izdiham yaşanıb.

Həm koronavirus peyvəndi olmaq üçün, həm də endirim kuponu əldə etmək istəyənlər bir-birləri ilə yarışıb. 

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR