Bu ölkəni 'Eurovision'da 16 yaşlı qız təmsil edəcək - FOTOLAR

Bu ölkəni
MƏDƏNİYYƏT
12:28 27.02.2012
3951
Sloveniya da "Eurovision- 2012"dəki təmsilçisi müəyyənləşdirən ölkələr sırasındadır. Adı çəkilən ölkəni bu ilki müsabiqədə 16 yaşlı Eva Boto təmsil edəcək.
Ölkənin Milli Finalında iki namizəd mübarizə aparıb. Finalda Eva Boto Nika və Eva Prusnik əkiz bacılarına qalib gələrək Sloveniyanı təmsil etmək hüququ qazanıb. Ölkə təmsilçisi tamaşaçı səsverməsi ilə seçilib. O, müsabiqədə “Verjamem” mahnısını ifa edəcək.
Qeyd edək ki, Sloveniya təmsilçisi Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin mayın 24-də keçiriləcək ikinci yarımfinalında çıxış edəcək. (SİA)
OXŞAR XƏBƏRLƏR