Bu ölkəni ‘Eurovision’da 75 yaşlı kişi təmsil edəcək - VİDEO

Bu ölkəni ‘Eurovision’da 75 yaşlı kişi təmsil edəcək - VİDEO
Bütün Xəbərlər
00:40 05.03.2012
1635

Enqelbert Hamperdink vaxtilə hit-paradlarıa əfsanəvi "The Beatles" qrupunu aşağı pilləyə sıxışdırıb

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin Böyük Britaniya təmsilçisi müəyyənləşib.Bu, 75 yaşlı Enqelbert Hamperdinkdir.Böyük Britaniyada onu "romans kralı" adlandırırlar. Ona ən çox məşhurluq gətirən mahnı 1967-ci ildə oxuduğu "Release me" mahnısı olub. Həmin vaxt Enqelbert Hamperdink Britaniya hit-paradlarında hətta əfsanəvi "The Beatles" qrupunu da aşağı pilləyə sıxışdırıb.

Əsl adı Arnold Dorsi olan müğənninin 45 illik musiqi karyerasında 150 milyondan çox diski satılıb.Yaşlı müğənni "Eurovision" müsabiqəsində Britaniyanı təmsil etmək təklifini qəbul edərkən, bunu özünə şərəf bildiyini və döyüşə girişməyə hazır olduğunu deyib.Britaniyalı müğənninin Bakıda ifa edəcəyi mahnı isə hələ tam hazır deyil.

OXŞAR XƏBƏRLƏR