Novxanı-Pirşağı yolunun Sahil küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
AZXEBER.COM xəbər verir ki, məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Belə ki, avtobusların hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil olunub.











































