Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib

Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
SİYASƏT
13:27 16.11.2026
76
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "news.am" Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, işə Sünik məhkəməsində baxılacaq.

Qeyd edək ki, ötən həftə Nəsimi Musayev barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb, iş ittiham aktının təsdiqlənməsi üçün nəzarətçi prokurora göndərilib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.
OXŞAR XƏBƏRLƏR