Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?

Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?
DÜNYA
13:34 16.11.2026
45
"Avropa İttifaqının (Aİ) Ukrayna üzrə aydın mandatı olan danışıqlar qrupu təyin etməyə hazır olmaması avropalıların Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda "uşaq masası”nda oturmağa məcbur qalması ilə nəticələndi”.

Bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib. "Mən artıq bir ildən çoxdur Aİ-nin aydın mandatı olan danışıqlar qrupunun yaradılması barədə razılığa gəlmək üçün bu qədər vaxt sərf etməsini tənqid edirəm. Avropa Əbu-Dabidə "uşaq masası”nda oturmuşdu”, - nazir Almaniyanın "Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə müsahibəsində bildirib.
Maynl-Rayzinqer qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün indiyədək Avropa İttifaqında çatışmayan dialoqa hazır olmaq vacibdir.
"Bizə hər iki komponent - sərt mövqe və dialoq lazımdır”, - Avstriya xarici işlər naziri əlavə edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Əbu-Dabidə keçirilən görüşdə Avropa İttifaqının nümayəndələri danışıqlar masasında iştirak etmədilər:

"Görüşdə Rusiya, Ukrayna və ABŞ tərəflərinin nümayəndələri təmsil olunurdu. Lakin görüş başa çatdıqdan sonra Trampın nümayəndələri avropalılarla və ukraynalılarla da görüşərək müzakirələr apardılar. Məhz bu görüşdən sonra Uitkoff və Kuşner Putinə Avropa İttifaqı nümayəndələrinin də gələcək danışıqlarda iştirakının vacibliyini çatdırdılar və Putin buna razılıq verdi. Çünki burada əsas məsələ Avropanın təhlükəsizlik arxitekturasının qurulmasıdır. Bu prosesdə yalnız Rusiya və Ukraynanın deyil, bütövlükdə Avropa İttifaqı üzvlərinin də iştirak etməsi vacibdir. Məhz buna görə Avropa İttifaqının xarici işlər nazirinin verdiyi qiymət tam yerində deyil. Çünki indiyədək Putin Avropa İttifaqı nümayəndələrinin danışıqlarda iştirakına birmənalı şəkildə qarşı çıxırdı. Lakin aparılan müzakirələr zamanı ona izah edildi ki, Avropa İttifaqının nümayəndələri olmadan Avropanın təhlükəsizlik arxitekturasını formalaşdırmaq mümkün deyil. Bu mənada, artıq növbəti görüşlərdə avropalıların da iştirakına razılıq verilib. Bununla yanaşı, danışıqlarda hansı ölkələrin təmsil olunacağı da müəyyənləşib. Böyük Britaniya, Fransa, Almaniya, Polşa və daha bir ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Beləliklə, bu məsələ ilə bağlı artıq razılıq əldə olunub. Gələcək danışıqlar daha real müstəvidə aparılacaq və konkret nəticələr əldə etmək mümkün olacaq”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılmasına gəlincə, hələlik nə Rusiya, nə də Ukrayna buna hazırdır:

"Çünki Rusiyanın Donbasın qalan hissəsi ilə bağlı tələbinə – ərazinin təxminən 19-20 faizinin Rusiyaya verilməsinə Zelenski qəti etiraz edir. O, atəşkəsin əldə olunmasını və məsələyə referendum yolu ilə baxılmasını istəyir. Eyni zamanda, bu qərarı təkbaşına vermək səlahiyyətinin olmadığını da bildirir.
Ona görə də bu danışıqlar hələlik nəticə verməyəcək. Təbii ki, Rusiya da öz ölkəsinin təhlükəsizliyinin təmin olunmasını istəyir. Bu məqsədlə hesab edirəm ki, gələcək görüşlərdə Avropa İttifaqı nümayəndələrinin iştirakı mütləq vacib olacaq”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiymətləndirmə sahəsi süni intellektə hazırdırmı? “Data"”dan peşəkar mühakiməyə keçid
13:41 16.11.2026
Qiymətləndirmə sahəsi süni intellektə hazırdırmı? “Data"”dan peşəkar mühakiməyə keçid
SOMDA həqiqi hərbi xidmətə qəbul elan edir - ŞƏRTLƏR
13:37 16.11.2026
SOMDA həqiqi hərbi xidmətə qəbul elan edir - ŞƏRTLƏR
Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?
13:34 16.11.2026
Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ: Avropa niyə kənarda qalır?
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
13:27 16.11.2026
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
13:22 16.11.2026
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
Bir qəza ilə yarımçıq qalan ömür, geridə qalan xatirələr...
13:18 16.11.2026
Bir qəza ilə yarımçıq qalan ömür, geridə qalan xatirələr...
Putin, Tramp və Si Szinpin eyni masada - Görüşün əsl məqsədi nədir?
13:13 16.11.2026
Putin, Tramp və Si Szinpin eyni masada - Görüşün əsl məqsədi nədir?
Yeni qərar doğum sayına təsir edəcəkmi? - Dövlət 1500 manat ödəyəcək – VİDEOSORĞU
13:10 16.11.2026
Yeni qərar doğum sayına təsir edəcəkmi? - Dövlət 1500 manat ödəyəcək – VİDEOSORĞU
Bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcək - SİYAHI
13:01 16.11.2026
Bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcək - SİYAHI
TƏBİB sədri onu vəzifəsindən azad etdi
12:51 16.11.2026
TƏBİB sədri onu vəzifəsindən azad etdi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
12:31 16.11.2026
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
12:30 16.11.2026
Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Bu həftə hansı bürclərin üzü güləcək? - Proqnoz
12:26 16.11.2026
Bu həftə hansı bürclərin üzü güləcək? - Proqnoz
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
12:17 16.11.2026
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
Qazi faciəvi şəkildə öldü
11:55 16.11.2026
Qazi faciəvi şəkildə öldü
Saxta nömrə ilə avtomobil idarə edən narkotik istifadəçisi saxlanıldı - VİDEO
11:50 16.11.2026
Saxta nömrə ilə avtomobil idarə edən narkotik istifadəçisi saxlanıldı - VİDEO