İndoneziyanın Qərbi Yava və Lampunq əyalətlərində şiddətli fırtına səbəbindən təxminən 600 evə ciddi ziyan dəyib.
Bu barədə ölkənin Milli Fəlakətlərin İdarəolunması Agentliyinin məlumatında deyilir.
Bildirilib ki, qasırğa nəticəsində 3 nəfər xəsarət alıb.
Təbii fəlakətlə əlaqədar Qərbi Yava əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.
///axar.az











































