21:01 Bazar Günü, 08 Dekabr 2019
SAĞLAMLIQ

Bu məhsul XƏRÇƏNGin riskini artırır

21:08, 30.11.20196739
Bu məhsul XƏRÇƏNGin riskini artırır
Bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı ildən ilə artır.

Mütəxəssislər bunun səbəbini o cümlədən düzgün olmayan qidalanmada görürlər.  

Rusiyanın Seçenov Universitetinin onkoloqları xərçəngin riskini dəfələrlə artıran məhsulun adını açıqlayıblar.

AZXEBER.COM saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, bu şəkərdir. Şəkər orqanizmdə iltihabın səviyyəsini artırır. İltihablar isə xərçəng xəstəliyinin riskini artıran əsas amillərdən biridir.

Digər tərəfdən şəkərin həddindən artıq istehlakı orqanizmdə insulin hormonunun ifrazını çoxaldır və bu hormonu daim yüksək səviyyədə saxlayır. Onkoloqların sözlərinə görə, orqanizmdə insulin hormonunun daim yüksək səviyyədə qalması xərçəng hüceyrələrinin əmələ gəlməsi və böyüməsini stimullaşdırır.

 
Bunları nəzərə alaraq mütəxəssislər qidalanmada şəkər və şirniyyatları kəskin məhdudlaşdırmağı tövsiyə edirlər.

Həmçinin onkoloqlar xərçəngdən qoruyan məhsulların adlarını da açııqlayıb. Bu kahı, kələmin bütün növləri, yaşıl soğan, ispanaq, qəhvəyi düyü, arpa, tərəvəzlərdir.
XƏBƏR LENTİ