Bu məhsulları almayın - SİYAHI

İQTİSADİYYAT
15:50 03.09.2012
3942

İstifadə müddəti bitmiş məhsulları təkrar satışa çıxaran şirkət cəzalandırılıb.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı şosesi ünvanında fəaliyyət göstərən, Rusiya istehsalı olan müxtəlif növ unlu və şəkərli qənnadı məhsulların idxalı və satışını həyata keçirən “Venera” MMC-də dövlət nəzarəti aparılıb. Müəssisəyə məxsus anbarda aparılmış araşdırma zamanı müxtəlif ticarət şəbəkələrindən geri qaytarılmış və yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixin silinərək yeni tarix qeyd olunduğu aşkar edilib. Eyni zamanda məhsulların üzərindəki etiketlərin qopardılaraq son istifadə müddətinin silinərək, yeni nüsxəsinə müəssisə tərəfindən tarix vurulub, satışa göndərildiyi müəyyən edilib. “Venera” MMC-yə məxsus anbarda aşkar olunmuş Rusiyanın “Nevski” qənnadı fabrikinin istehsalı olan yararlılıq müddəti bitmiş 276 kq “Mия” konfetləri, yararlılıq müddəti 31.05.2012-ci il tarixində bitmiş 210 kq “Тоффетто” şokoladlı irisi, üzərində istehsal tarixi olmayan 159 kq “Афинские тайны” adlı konfetlər, üzərində istehsal tarixi olmayan 80 kq “Фуринтик” marmeladı, Rusiyanın “Penzenskiy xlebzavod” müəssisəsinin istehsalı olan üzərində yararlılıq tarixi olmayan 105 kq “Ароматное” adlı şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 90 kq “Вкусное” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 91 kq “Пражское” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 45 kq “Вологодское ванилное” peçenye, üzərində istehsal tarixi olmayan 243 kq “Вологодское” şəkərli peçenyeləri Dövlət Nəzarəti Xidməti tərəfindən aktlaşdırılaraq möhürlənib və satışı qadağan edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir