"Rüşvətxorluq və korrupsiyaya qarşı aparılan mübarizə ölkə prezidentinin iradəsinin ifadəsidir. Bu addımlar həyata keçirilməkdə olan islahatların tərkib hissəsidir".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, icra başçılarının həbsi korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin əyani sübutudur:
"Ən yüksək ideyalar, ən müxtəlif xarakter daşıyan, mahiyyət etibarilə cəmiyyətin inkişafına hədəflənən islahatlar, o zaman xüsusi olaraq uğurlu olaraq gedir və nəticələnir ki, həmin ölkənin idarəçilik sistemində korrupsiya və rüşvətxorluq yoxdur. Ona görə görə də bu gün korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə ölkə prezidentinin daha çox diqqət etdiyi prioritet sahələrdən biridir. Ölkə prezidenti bütün çıxışlarında, məmurları qəbul edib onlara tapşırıq verəndə korrupsiya və rüşvətxorluğa qarşı mübarzənin ardıcıl və sistemli olacağını önə çəkir.
Deputat deyib ki, məmurlar Prezidentin çıxışlarından dərs almalıdırlar:
"Hələ 2018-ci ildə prezident seçkiləridən sonra andiçmə mərasimində "Azərbaycan dövləti rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan edib" fikirlərini dilə gətirəndə, tamahı iti, gözləri doymayan məmurlar bundan nəticə çıxarmalı idilər. Ancaq belə olmadı. Məhz buna görə də qısa zaman kəsiyində 5 rayonun icra başçısı rüşvətxorluq və korrupsiyaya görə həbs olundu. Ayrı-ayrı məmurlar imkansız insanlara yönəlmiş olan ərzaq payına göz dikiblər. Onların haqqında cinayət işi açılıb. Görün bunlarda nə dərəcədə vicdan və əxlaq yoxdur.
Belə olan halda bunu yüksək səviyyədə həyata keçirən və əməliyyatı uğurla həyata keçirənn Dövlət Təhlükəsizlik Xidmətidir. Bunun da rəhbəri Əli Nağıyevdir. Əli Nağıyevin təyinatı düzgün təyinatlardan biridir. O, bu təyinatı ilə Dövlət Təhlükəsizlik Xidmətinin üzərində olan ləkələri aradan qaldırıldı. DTX-nın nüfuzu və imici Əli Nağıyev dövründə bərpa olundu. Və bu gün ən ciddi və operativ əməliyyatlar məhz DTX tərəfindən yüksək səviyyədə həyata keçirilməkdədir".
Günel Hüseynli,
AZXEBER.COM
AZXEBER.COM