Bu oğlan gözəllik müsabiqəsinə qatılmaq üçün cinsini dəyişdi - FOTO

Bu oğlan gözəllik müsabiqəsinə qatılmaq üçün cinsini dəyişdi - FOTO
Bütün Xəbərlər
15:14 15.01.2013
3091

Oğlan qadın olmaq və gözəllik müsabiqəsində iştirak edə bilmək üçün cərrahın bıçağının altına uzanıb.

Hadisə Amerikada baş verib.

Oğlan gözəllik kraliçası olmaq, daha doğrusu, “Miss Kaliforniya” müsabiqəsində iştirak edə bilmək üçün çoxdan arzuladığı istəyinə çatıb.O, nəhayət ki, tibbi nöqteyi-nəzərdən mürəkkəb hesab edilən əməliyyat nəticəsində cinsini dəyişdirib. Yayılan məlumatlara görə, o hələ 11 yaşı olanda özünü kişi kimi narahat hiss edirmiş və gizli də olsa, qadına çevrilməyi arzulayırmış.“Uşaqlığım elə də asan olmayıb. Yaşıdlarım həmişə məni qadın cizgilərimə görə ələ salırdılar. Valideynlərim həmişə mənə əsəbiləşirdilər. İllər keçəndən sonra isə seksual zorakılığa məruz qaldım. Arzuma çatmaq üçün perspektiv vəd edən işimi buraxdım və əməliyyat olundum. İndi nəhayət ki, “Miss Kaliforniya” müsabiqəsində iştirak etmək hüququ qazanmış yeganə transgenderəm. Mən özümə inanıram və xanım rəqiblərimdən çəkinib-eləmirəm. Mən hamıdan yaxşıyam”- deyə, 26 yaşlı Kaylen Venzel yerli telekanallardan birinə bildirib.

OXŞAR XƏBƏRLƏR