'Bu, oruc deyil, aclıq aksiyasıdır' - Dini ekspert

MƏDƏNİYYƏT
13:41 15.07.2013
5047

Xəbər verdiyimiz kimi, iranlı ayətulla Bəyat Zəncani oruc tutma qaydası ilə bağlı qeyri-adi açıqlama verib. O bildirib ki, oruc tutarkən susuzluğa dözə bilməyən insanlar yanğıdan qurtulacaq qədər su içə bilərlər. Onun dediyinə görə bu orucu pozmaz.

Məsələ ilə bağlı ilahiyyatçı ekspert Elşad Mirinin fikirlərini öyrəndik. E. Miri AZXEBER.COM-a açıqlamasında bildirdi ki, bu, absurd fikirdir. O, orucluğun “Quran”da bu cür təbliğ edilmədiyini dedi: “İslamda heç bir zaman bu cür mövzular gündəmdə olmayıb. Orucu hər hansı islam alimi gündəmə gətirməyib. Bu, “Quranda yazılmış bir qanundur. Orucun mahiyyəti gün ərzində yeməkdən, içməkdən imtina etmək, nəfsinə sahib çıxmaqdır. İranlı ayətullah Bəyat Zəncani isə bunun tam əksini deyir. O bildirir ki, sudan istifadə orucu pozmaz. Bu, absurd bir fikirdir. Onun dediyi kimi insanlar sadəcə yeməkdən imtina edərək oruc tutsalar, bu artıq oruc sayılmaz. Bunu “aclıq aksiyası” adlandırmaq olar. Çünki orucluq müəyyən saat ərzində yer üzündə olan bütün nemətlərdən imtina etmək deməkdir. İnsanlar susuzluqla bağlı çətinlik yaşayırsa, əllərini, üzlərini yuya bilərlər. Məsələn, peyğəmbərimiz üstlərinə, paltarlarına sərinləmək məqsədi ilə su töküblər, amma içməyiblər.İranlı ayətullahın fikirlərinə gəlincə isə, bu fikirlərin İslamla nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur”.

Qeyd edək ki, Bəyat Zəncaninin fikirlərinə qardaş ölkə Türkiyə də münasibətini bildirib. Türkiyənin tanınmış illahiyyatçılarından olan professor Nihat Hatipoğlu İstanbuldakı Sultan Ahmet məscidindən yayımlanan proqramda ayətullahın sözlərinə münasibət bildirib. O, canlı yayımda su içməyin orucluğu pozduğunu bildirib: "Gülməli sözlərdir. İranlı ayətullahın dedikləri cahil fətvasıdır. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində bu barədə açıq yazılıb. Su içmək orucu pozar".

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif