İngiltərədə Sadie Budden adlı qadın uzun müddət uşaq sahibi olmaq istəyib, amma bu istəyinə nail ola bilməyib.AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, heç vaxt ana ola bilməyəcəyini düşünən qadın bir ildə iki dəfə uşaq doğub.Qadının dünyaya gətirdiyi uşaqlar arasında vaxt müddəti 6,5 aydır. Bu, ən qısa vaxt intervalları ilə doğum statistikasında İngiltərə rekordu hesab edilir.31 yaşlı müəllimə, ilk övladı Ronni dünyaya gələndən 3 həftə sonra hamilə olduğunu öyrənib. Hal-hazırda Ronni 17 aylıq, bacısı Sienna isə 11 aylıqdır.Hal-hazırda ananın və övladlarının vəziyyəti yaxşıdır.