Bu qız Azərbaycanın ən gözəli seçildi, hər kəs onu tənqid etdi - FOTO

Bu qız Azərbaycanın ən gözəli seçildi, hər kəs onu tənqid etdi - FOTO
MAQAZİN
13:44 30.11.2018
12392
Bir neçə gün bundan əvvəl "Best Model of Azerbaijan” yarışmasının finalı baş tutub. Gecədə "ən yaxşı xanım" Aygül Səfərova, "ən yaxşı bəy" isə Şakir Əhmədzadə olub. 
 
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, final günü yarışmanın milli direktoru Aqil Məmiyevlə münsiflər arasında gərgin anlar yaşanıb. Belə ki, jürilərlə təşkilatçının seçimi üst-üstə düşməyib.  

A.Məmiyev "Qafqazinfo”ya danışaraq məsələyə aydınlıq gətirib: "Müsabiqənin rəhbəri kimi əsas qərarı vermək haqqım var. Amma münsiflər heyətinin üzvləri ölkənin tanınmış simalarıdır. Onların nəticələrini, rəyini pozmaq istəmədim. Jürilərin sədri Əməkdar artist Tünzalə Ağayeva idi. Bundan başqa, Nərgiz Cəlilova, Afaq İsmayılzadə, Elnur Hüseynov, Gülnarə Xəlilova, Zamiq Hüseynov və başqaları həmin kürsüdə əyləşmişdi. Zamiq bəy səsvermədə tam olaraq iştirak etmədi. Ancaq jüri üzvləri Aygül Səfərovanı birinci etdilər. Mən isə buna etirazımı bildirdim.
 
Ona görə etiraz etdim ki, Aygül Səfərova tək boy ilə bunu həll edə bilməz. Hər şey bir-birini tamamlamalı idi. Onun qalib olmağını "Venera” model agentliyinin rəhbəri Səma Həsənova irəli sürüb. Jürilər də bundan sonra yekun qərar verib. Mən qalibin Cəmilə Qoluboviçin olması barədə təklif irəli sürsəm də, nəticəsiz qalıb. Həmçinin bəylər arasında Şakir Əhmədzadə və Nuru Əhmədov favorilərim idi. Qalib Şakir oldu, buna heyfslənmirəm, təbrik edirəm. Məni narahat edən xanım qalib idi. 

Düzdü, N. Əhmədov haqqımda mənfi açıqlamar verir, amma mən hələ də, onu birinci kimi görürəm. Seçim zamanı münsiflər heyəti arasında gərgin anlar yaşadıq, mübahisə etdik. Nuru Əhmədov Azərbaycan ikincisi adını qazandı. Öz bəyəndiyim iştirakçıları təkidlə dediyim zaman münsiflərdən bir neçəsi düşündü ki, həmin şəxslərdən pul almışam, buna görə, onların qalib olmasını istəyirəm. Amma belə deyil. Daha sonra münsiflər dedi ki, başa düşürük, sənin rəyin belədir, amma biz münsifik, qalib öz seçdiyimizi görürük”. 

Məmiyev qeyd edib ki, birinci olan xanım "Best Model of Worlds”a gedə bilmir: "Məlum olduğu kimi, qalib "Best Model of Worlds” müsabiqəsinə göndərilir.  Amma münsiflərin qalib etdiyi Aygül Səfərova gedə bilmir. Bizim bunu sübuta yetirəcək yazışmalarımız var. Səbəb isə onun ailəsinin icazə verməməsidir. O yazıb ki, mən bilmirdim qalib gələcəm, sadəcə olaraq yarışmada iştirak etmək istədim. Bu məqamda qaydalara görə, ikinci olan Cəmalə Qoluboviç getməlidir. Baxın, yaranan bu problemlərə görə, biz mediaya qaliblərin adını açıqlaya bilmədik. Siz münsiflərlə əlaqə saxlayaraq rəylərini ala bilərsiz.  Dünən münsiflərlə görüş təşkil etdik, biz bu məsələni müzakirə etdik. Onlar qeyd etdilər ki, seçim münsiflər tərəfindən edilib, lakin bundan sonra bütün məsələrdə mənim arxamdadırlar.

Bütün nəticələrə rəğmən yarışmanın prezidenti Erkan Özarmanla yazışdım. Onlar qeyd etdilər ki, qaliblərin adını bizə göndərin. Qalib xanım da  "Best Model of Worlds”a getmək istəmir. İnsanlar da birinci qız barədə tənqidlər yazırlar. Axı bu mənim seçimim deyil? Yazdım ki, Aygül xanım, siz nə qədər insanların haqqına girmisiz.  Düşünmək barədə iki saat vaxt verildi, son qərara gəldi ki, ailəsi icazə vermir. Özüm favori iştirakçıları Erkan Özarmana təqdim edəcəm, onun yekun qərarını mediaya təqdim edəcəyik. Nəticələr ləğv oluna bilər. Amma onu da qeyd edim ki, C. Qoluboviç xaricdə olduğu üçün beynəlxalq layihədə iştirak edəcək xanım iştirakçının adını hələki açıqlanmayıb”. 

"Qafqazinfo” mövzu ilə bağlı qalib Aygül Səfərova ilə əlaqə saxlayıb. O da A. Məmiyevin sözlərini təsdiq edərək "Best Model of Worlds”a getmək istəmədiyini qeyd edib:

"Müsabiqəyə sadəcə iştirak etmək üçün qatılmışdım. Düşünmürdüm ki, qalib olacam. Münsiflər sağ olsun, məni birinci seçdi. Amma "Best Model of Worlds”a getmək istəmirəm. Mənim əvəzimə ikinci yerin qalibi iştirak etsin. Məndə alınmır, ailəm də qismən icazə vermir. Məni də çox tənqid edirlər. Onların rəylərinə də əhəmiyyət vermirəm”.
 
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
13:26 22.10.2026
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
11:49 22.10.2026
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq