Bu qızlar Azərbaycanda kişiləri soyundurub, videoya çəkir – Aralarında alimi də var, mollası da...

Bu qızlar Azərbaycanda kişiləri soyundurub, videoya çəkir – Aralarında alimi də var, mollası da...
ÖZƏL
15:05 26.08.2021
30031

Son dövrlər sosial şəbəkələrdə gənc qız profilləri ilə kişilərə zəng edib onları soyunduran, daha sonra videoya çəkən şəbəkə ortaya çıxıb.

AZXEBER.COM-un məlumatına görə, sözügedən çəkilişlər daha çox "facebook” sosial şəbəkəsinin "messenger”i vasitəsi ilə həyata keçirilir. Bu şəbəkənin qurbanları isə daha çox orta yaşda olan kişilər və ya texnoloji məlumatları az olan istifadəçilər olur.

Bu şəbəkə necə fəaliyyət göstərir?

Gənc qız profilləri ilə edilən zənglərdən sonra zərərçəkənlər bir xanımın soyunaraq bədənini nümayiş etdirdiyinin şahidi olurlar.

Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib seyr edir, hətta "qadının” intim jestlərinə qarşılıq verir. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və əslində soyunan, intim səhnələri nümayiş etdirən robotdu.

Jurnalist Məhəmmədəli Qəribli də məsələ ilə bağlı şikayətçilərin çoxluğu haqqında məlumat verib. O, zərərçəkənlər arasında bir din adamının belə olduğunu bildirib:

"Bu yaxınlarda məhz bu üsulla Naxçıvanda tanınmış bir dindarı tələyə salıb, sonra videosunu paylaşıblar. Adam indi nəinki məscidə namaz qılmağa gedə bilmir, hətta utandığından evdən bayıra belə çıxmır.

Tələyə düşənlər elə bilirlər ki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Əsasən hədəfə cəmiyyətdə tanınmış adamlar alırlar. Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər.

Məqsədlərinə çata bilməyəndə, videonu içtimailəşdirirlər. Həmin şəbəkənin baş mamarozası bu profil arxasında gizlənir. Yazır ki, türk əsillidi, Almaniyada yaşayır. Baxıram dostluğuna bəzi tanınan adamları alıb”.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, daha çox Türkiyə vətəndaşı olduğunu iddia edən "qızlar” tərəfindən bu addım atılıb.

Məsələn, fotosunu təqdim etdiyimiz profil sözügedən şəbəkənin ən aktivlərindən biridir. O, eyni fotonu müxtəlif adlarda profil şəkili edir və Türkiyə vətəndaşının adları ilə azərbaycanlı kişilərə yazır.

 

Bu şəbəkədən necə qorunaq?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan texnobloger Fərid Pərdəşünas saxta profillərdən qorunmaq üçün hər kəsi fərdi olaraq diqqətli olmağa çağırıb:

"Bu məsələlərlə bağlı fərd olaraq hər bir insan özü diqqətli olmalıdır. Gələn mesajları, linkləri açmamalı, profilin "fake” olmadığına tam əmin olana qədər onu araşdırmalıdır. Saxta profili hər kəs yarada bilər, amma ondan qorunmaq daha çox diqqət vasitəsilə mümkündür. Çalışmaq lazımdır ki, onlarla ünsiyyətdə olmayasınız, məlumatları qarşı tərəfə ötürməyəsiniz. Onun profil şəkli yoxdursa və ya şəkil özü internet üzərindən əldə edilmiş şəkildirsə, profil yeni açılıb və tam məlumatlar yoxdursa artıq həmin profildən şübhələnmək olar. Çünki bu profil saxta hesabdır və sizə zəng edib videonuzu çəkə, sonra şantaj edə bilər”.

Texnoblogerin sözlərinə görə, "Facebook” süni zəka alqoritmləri vasitəsilə profilləri dəyərləndirir:

"Saxta profilin qarşısını almaq üçün "Facebook” özü də işlər görür. Bunu üçün süni zəka alqoritmləri var ki, bu alqoritm profilləri dəyərləndirir və onun bağlanıb-bağlanmamasına qərar verir. Amma bu fərdi şəxs yox, proqram təminatı olduğu üçün bəzən xətalar edərək həmin istifadəçiləri də sosial şəbəkəyə buraxır. Bir saxta profil yaradıb bloklanmısınızsa, artıq həmin İP, nömrə və ya elektron poçt ünvanı vasitəsilə yeni profil yaratmaqda çətinlik çəkəcəksiniz. Ən vacibi isə profilin saxta olduğunu müəyyən etdikdə "Facebook” vasitəsilə şikayətin göndərilməsidir. Bundan da istifadə etməyiniz məsləhətdir”.

Aydın Nuri

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"