Dünyada yaşanan hərbi helikopter qəzaları

ÖZƏL
11:46 01.12.2021
605
Hər il dünyada xeyli sayda helikopter qəzaları baş verir. Son illər baş vermiş qəzalara diqqət yetirdikdə ortaya çıxır ki, bu cür qəzaların əksəriyyəti qeyri-döyüş zamanı, təlim vaxtı müxtəlif səbəblərdən baş vermiş hadisələrdir.

17 yanvar 2009-cu ildə Fransa ordusuna məxsus ALAT Cougar AS-532 helikopteri havaya qalxdıqdan az sonra Librevil və Port-Gentil arasında Nyonie sahilindən 50 km aralıda Atlantik okenanına düşdü. Qəza nəticəsində 8 nəfər öldü.

25 iyul 2012-ci ildə isə Airbus Helicopters şirkətinə məxsus Cougar AS.532AL helikopteri La Palud-sur-Verdon şəhərindəki Gorges du Verdonda qəzaya uğradı 6 nəfərlik ekipajdan sağ qalan olmadı.

6 may 2019-cu il tarixində Venesuela ordusuna məxsus helikopter Karakas yaxınlığında dağlara çırpıldı. Qəzada 14 əsgər həlak oldu.

25 noyabr 2019-cu ildə Malidə Eranqa Vadisində 5-ci Döyüş Helikopter Alayına (5-ci RHC) məxsus Eurocopter EC665 Tigre və Cougar havada toqquşaraq qəzaya uğrayıb. Qəza nəticəsində 13 nəfər həlak olub.

15 aprel 2020-ci ildə Pau şəhərinin 5-ci RHC-yə məxsus təmir edilmiş Cougar AS.532UL helikopteri Tarbesdən 22 km şimal-şərqdə, Builh-Devant şəhərində qəzaya uğradı, 7 ekipaj üzvü həlak oldu.

2021-ci il martın 4-də Türkiyənin Bitlis şəhərinin Tatvan rayonuna gedən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Eurocopter AS532 Cougar helikopteri qəzaya uğrayıb. Qəzada təyyarədə olan 11 türk hərbçisi həlak olub. 2 hərbçi isə sağ qalıb. 

Bunlar son illər baş vermiş helikopter qəzalarının yalnız bir neçəsidir. 

Qeyd edək ki, təkcə bu il dünyada 7 helikopter qəzası baş verib ki, nəticədə onlarla hərbçi həyatını itirib.

Son olaraq 30 noyabr 2021-ci ildə saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR