XİN-in mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını vurğulayıb, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İranlı Nazirdən Azərbaycan hökumətinin ciddi narahatçılığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.