Sakinlərin sözlərinə görə, bu gün səhər saat 09:00 radələrində rayona qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) bildirilib ki, qazın verilməsində yaranan fasiləyə səbəb Zaqatala Qazpaylayıcı Stansiyasında qaz sızmalarının aşkar edilməsidir və bununla bağlı stansiyada kranın dəyişdirilməsi planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra rayona qazın verilməsi bərpa ediləcəyi bildirilir.//apa