Bu rayonda qaz yoxdur

Bu rayonda qaz yoxdur
Bütün Xəbərlər
10:01 19.09.2013
862
Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb. Bu barədə yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bu gün səhər saat 09:00 radələrində rayona qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) bildirilib ki, qazın verilməsində yaranan fasiləyə səbəb Zaqatala Qazpaylayıcı Stansiyasında qaz sızmalarının aşkar edilməsidir və bununla bağlı stansiyada kranın dəyişdirilməsi planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra rayona qazın verilməsi bərpa ediləcəyi bildirilir.//apa

OXŞAR XƏBƏRLƏR