Bu rayonda sakinlər içməyə su tapa bilmirlər

Bu rayonda sakinlər içməyə su tapa bilmirlər
Bütün Xəbərlər
16:01 26.11.2014
903
300-ə yaxın sakini olan Qubanın Cağacıq kəndi bir həftdədir ki, içməli su problemi ilə üzləşib. Bunun səbəbi kəndi su ilə təmin edən arteziana verilən elektrik enerjisinin kəsilməsidir. Sakinlər bildirirlər ki, enerji xəbərdarlıq edilmədən kəsilib. Səbəb kimi isə onların Quba Elektrik Şəbəkəsinə 4071 manat borclarının olduğu göstərilib.AZXEBER.COM milli.az istinadən xəbər verir ki, Regional TV-nin məlumatına görə, yerli vətəndaşlar enerji borcunun bu məbləğə qədər yüksəlməsindən xəbərsiz olduqlarını bildirirlər. Sakinlər bildirirlər ki, artezian quyusuna qoyulan elektrik sayğacı iki il öncə elə şəbəkənin əməkdaşları tərəfindən götürülüb. Bu səbəbdən sərf olunan enerjinin miqadarının hesablanmasında problemlər yaşanır. Artezian quyusuna nəzarət edən Məleykə Şirinova deyir ki, ay ərzində hər evdən 2 manat içməli su pulu yığılır. O bildirir ki, istifadə edilən elektrikin müqabilində Quba Elekrik Şəbəkəyə vəsait ödənilib.
OXŞAR XƏBƏRLƏR