Bu rayonlarda 24 saat su olmayacaq

Bu rayonlarda 24 saat su olmayacaq
Bütün Xəbərlər
11:36 02.09.2014
2618
Paytaxtda içməli suyun verilməsində fasilələr yaranacaq.
AZXEBER.COM-un “Azərsu” ASC-yə istinadla verdiyi məlumata görə, bu gün saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
Fasilələrin yaranması Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR