Sevilən aktyorlar Rafael İsgəndərovla, Coşqun Rəhimovun növbəti “İsti-Rahət” adlı konserti siyasi parodiya ilə yadda qalıb.
AZXEBER.COM-un məlumatına görə, konsertdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parodiya edilib və onun sonuncu prezident seçkiləri ərəfəsində opponentlərinə qarşı efirdən səsləndirdiyi ifadələrdən geniş istifadə edilib.
Konsertdə ATV kanalında yayımlanan “ATV Olay” verilişi səhnələşdirilib. Hafiz Hacıyevin obrazını canlandıran Rafael İsgəndərov partiya sədrinin məşhur ifadələrini səsləndirib.
Səhnənin sonunda H.Hacıyevlə Rusiyanın məşhur siyasətçisi Jirnoviskinin şəkilləri yan-yana monitorlar vasitəsilə yayımlanıb.