‘Bu şəhərdə’nin Coşqunu Konçita olacaq – VİDEO

MAQAZİN
13:52 07.07.2014
3821

“Biri 30 min manat verirdi, qəbul etmədik”.

“Bu şəhərdə” komandasının aktyoru Rafael İsgəndərov və ssenaristi Müşfiq Abbasov yeni konsertə hazırlaşdıqlarını bildiriblər.

AZXEBER.COMOxu.Az-aistinadnverdiyimlumatagörə, M.Abbasov konsertin oktyabrda baş tutacağını söyləyib:

“Bizim gəlirimiz, ancaq konsertlərdəndir. Toylara getmirik. Oktyabrda beşgünlük yeni konsertimiz olacaq. Əgər tələbat olarsa, günü artıracağıq. Son illər şou-biznes maraqsızlaşıb. Çox parodiya edə bilmirik. Bu konsertdə Coşqun Konçitanı canlandıracaq”.

M.Abbasov onlara təklif edilən pullardan da danışıb:

“Çox vaxt müğənnilər pul təklif edirlər ki, onları parodiya edək. Sonuncu dəfə biri 30 min manat verirdi, qəbul etmədik. Bu, bütün tamaşaçını o müğənniyə qurban vermək idi. İnsan kimi çox maraqsız biridir. Hətta bizə başqasını tənqid etmək üçün də pul təklif olunub, qəbul etməmişik”.

OXŞAR XƏBƏRLƏR