Bu şəxslərin müavinəti ləğv edi̇ləcək - AÇIQLANDI

Bu şəxslərin müavinəti ləğv edi̇ləcək - AÇIQLANDI
SOSİAL
00:24 11.08.2026
499
Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqlarına təsiri və hüquqi bərabərlik prinsipi ilə bağlı suallar yaradır.

Bəs, belə hallarda müavinətin təyin edilməməsi mövcud qanunvericilik və sosial ədalət prinsipləri baxımından nə dərəcədə əsaslandırılmış hesab oluna bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan məsələlərdir.

"Məcburi köçkün statusunun bəzi şəxslərdə saxlanılması, bəzi şəxslərdə isə köçürüldükdən sonra aradan qaldırılması nəzərdə tutulub. Bu, gözlənilən istiqamətlərdən biridir və qanunvericilikdə nəzərdə tutulan məsələlər çərçivəsində həyata keçirilir. Çünki əbədi məcburi köçkünlük anlayışı yoxdur. Torpaqlar azad olunduqdan və insanlar öz evlərinə köçərək orada məskunlaşdıqdan sonra onların statusu müəyyən dərəcədə hüquqi baxımdan yenidən qiymətləndirilməlidir".

Onun sözlərinə görə, bu baxımdan, köçürülmə prosesi ilə yanaşı, şəxslərin məcburi köçkün statusunun da qanunvericiliyə uyğun şəkildə müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir:

"Görünür, bu istiqamətdə artıq Dövlət Komitəsi tərəfindən də addımlar atılmağa başlanılıb və məcburi köçkün statusunun gələcəkdə hansı hallarda saxlanılması və hansı hallarda aradan qaldırılması ilə bağlı proseslər həyata keçirilir".
OXŞAR XƏBƏRLƏR